Azərbaycan özünün beynəlxalq rəqəmsal ticarət məkanını yaratmışdır və Sizi o məkana qoşulmağa dəvət edir

E–ticarət üzrə uğur hekayəmizin bir hissəsi olmaq üçün bizə qoşulun və göstərdiyimiz rahat, sərhədlərarası e-xidmətlərin yaratdığı bütün üstünlüklərdən faydalanın

Ətraflı

RTQ-dən istifadənin faydaları

Vahid e-ticarət xidmətləri

yerli və qlobal xidmət provayderləri üçün təklif olunan və RTQ-yə inteqrasiya olunmuş e-ticarət xidmətləri və ticarətlə bağlı olan xidmətlər şəbəkəsi, internet ekosistemi daxilində innovasiyaların stimullaşdırılması məqsədilə sərhədlərarası ticarət, şəbəkələşmə və biliklərin bölüşülməsində sahibkarlara çoxsahəli dəstəyin verilməsi.

Azərbaycan və digər ölkələr arasında bütün ticarət fəaliyyətlərinə dəstəyin verilməsi

RTQ ticarət prosedurlarına uyğun olaraq ixrac, idxal və yerli məsələlər üçün müvafiq tapşırıqları avtomatik olaraq yaradan və işləyən biznes prosesi idarəçiliyinə əsaslanan əsaslı xidmət şəbəkəsidir.

İstifadənin asanlığı

daxil edilən məlumatlar sistemdə saxlanıldığından, müştərinin hər yeni əməliyyat üçün eyni məlumatı təkrar təqdim etməsinə ehtiyac qalmır. Məlumatlar, yalnız bir dəfə düyməyə sıxmaqla, başqa əməliyyatlar üçün istifadə edilə və üçüncü tərəflərə, məsələn, banklara, logistika şirkətlərinə və Gömrük Komitəsinə göndərilə bilər ki, bu da yüklərin rəsmiləşdirilməsi prosesini əhəmiyyətli şəkildə sadələşdirir.

İş saatlarının və xərclərin azaldılması

RTQ bütün oflayn prosedurları əvəzləyərək və ticarət ilə bağlı digər fəaliyyətləri inteqrasiya etməklə şirkətlərin vaxt və xərclərinə qənaət edir.

Hər bir istifadəçinin ehtiyacına uyğunlaşdırılmış xidmətlər

istifadəçilər müvafiq menyu və xidmətləri seçməklə RTQ mühiti daxilində öz fəaliyyətlərini şəxsiləşdirə (ehtiyaclarına uyğunlaşdıra) bilərlər.

Universal istifadəçi interfeysi

e-ticarət xidmətlərinə giriş müxtəlif İT mühitlərinə uyğun olaraq veb portallar, həllər, e-xidmətlər vasitəsilə həyata keçirilə bilər.

Əməliyyatların təhlükəsizliyi

RTQ-yə yalnız səlahiyyətli istifadəçilər daxil olduğundan, əməliyyatlar fırıldaq, saxtakarlıq və maliyyə hadisələrindən mühafizə olunur.

Faktlar və Rəqəmlər

RTQ-də biz öz müştərilərimizə beynəlxalq ticarət sahəsində rəqəmsal təhlükəsizliyin ən yüksək standartlarını təqdim etməyi üzərimizə götürmüşük. Əldə etdiyimiz bilik və təcrübə əsasında, biz sahibkarlıq subyektlərinə öz qlobal məqsədlərinin reallaşdırılması üçün tam hazır həll variantlarının tətbiqinə dəstək veririk.

Ötən iki on illik ərzində Azərbaycanda əhəmiyyətli iqtisadi artım baş vermişdir və ölkədə biznes üçün əlverişli və cəlbedici mühit vardır. Bu mühit hər növdən olan xarici investisiya yatırımlarına stimul verir. Ölkənin neftə əsaslanan iqtisadiyyatı kənd təsərrüfatı, tikinti, təhsil, kommunikasiyalar, turizm və İKT sektorlarında yeni biznes imkanlarının yaradılması ilə şaxələndirilməkdədir. 2018-ci ildə Azərbaycan Dünya Bankının Biznesin sadəliyi indeksi üzrə 25-ci yeri tutmuşdur.

Əhali:

9.7 m

Sahəsi:

86.6 km 2

Üzvü:

GUAM ISESCO CIS ESCAP

İnternetdən istifadə:

80% müntəzəm olaraq istifadə edir

Etibarlı ixracatçı

Ticarət $21 mln dünyanın 170-dən çox ölkəsi ilə

İxrac $12 mln ticarət artığı ilə

Karbohidratlar, İKT və digər sənaye sahələrində sürətlə artan ixracat

Azərbaycanda biznes fəaliyyətinin üstünlükləri

Azərbaycan Şimal –Cənub, eləcə də Şərq-Qərb ticarət dəhlizlərində strateji coğrafi mövqeyə malikdir

Azərbaycan nəinki regionda, eləcə də bütün dünyada sabitlik adasıdır

Ölkə davamlı iqtisadi inkişaf yolu keçməkdədir

Hökumət iqtisadiyyatın müxtəlif sektorlarının inkişafı və müxtəlif dövlət proqramlarının qəbul edilməsi üzrə qəti hədəflərə malikdir

Siyasi neytrallıq – Azərbaycan heç bir hərbi-siyasi ittifaqda təmsil olunmur və Qoşulmayanlar Hərəkatının üzvüdür

Azərbaycan fəal şəkildə qlobal bazarlara inteqrasiya olunmuşdur

Azərbaycan İKT-nin inkişafı üzrə bir sıra ölkələri geridə qoyur. Beynəlxalq Telekommunikasiya Birliyinin hesabatına əsasən Azərbaycan İKT-nin inkişafı üzrə 69-cu yeri tutur

Ən yüksək mövqelər

Azərbaycan həm “Hökumətin Məqsədləri baxımından İKT-nin əhəmiyyəti”, həm də “İKT-nin təşviqində Hökumətin Uğuru” üzrə 130 ölkə arasında 8-ci yeri tutmuşdur. Qlobal İnformasiya Texnologiyası Hesabatı 2016.

Sosial Təsir alt-indeksində “İKT-dən istifadə və Hökumətin fəaliyyətinin səmərəliliyi” üzrə ölkə ən yüksək 10% sırasına daxil olmuşdur. Qlobal İnformasiya Texnologiyası Hesabatı 2016.

Azərbaycan “Qabaqcıl texnologiya məhsullarının Dövlət satınalmaları” üzrə 14-cü, “İKT ilə bağlı qanunlar” üzrə isə 24-cü yeri tutmuşdur. Qlobal İnformasiya Texnologiyası Hesabatı 2016.

Dünya İqtisadi Forumunun “Qlobal Rəqabətlilik Hesabatı 2017 - 2018” reytinqi üzrə: 35-ci yer

“Azlıqda olan investorların hüquqlarının müdafiəsi” üzrə 2-ci yer. Dünya Bankının 2018-ci il reytinqləri üzrə.

“Biznesə başlama” üzrə 9-cu yer. Dünya Bankının 2018-ci il reytinqləri üzrə.

“Əmlakın qeydiyyatı” üzrə 17-ci yer. Dünya Bankının 2018-ci il reytinqləri üzrə.

“Kreditlərə çıxış” üzrə 22-ci yer. Dünya Bankının 2018-ci il reytinqləri üzrə.

“Vergilərin ödənişi” üzrə 28-ci yer. Dünya Bankının 2018-ci il reytinqləri üzrə.

Azərbaycanın rəqəmsal cəmiyyəti, rəqəmlər ilə:

2% Elektron imza və elektron hökumət vasitəsilə ÜDM-ə qənaət

Gömrük bəyannamələrinin 100%-i onlayn təqdim edilir

Vergi bəyannamələrinin 90% -i onlayn təqdim edilir

Əmək müqavilələrinin 100% -i onlayn tamamlanır

B2B və B2G fakturalarının 100% -i onlayn təqdim edilir

Ölkənin 100%-i tam mobil şəbəkə ilə əhatə olunur

Onlayn qaydada şirkətin yaradılması 5 dəqiqə vaxt tələb edir

Dövlət və özəl qurumlar tərəfindən 600-dən artıq e-xidmətlər təklif olunur

Məlumat təhlükəsizliyi hadisələri və pozuntu hallarının sayı sıfır olmuşdur

Bütün əsas banklar və mobil şəbəkələr mobil ID (Asan İmza) verir

91 təşkilat və məlumat bazası X-Road platformasına qoşulmuşdur

50,000-dən artıq mobil ID sertifikatı təqdim olunmuşdur

Ötən 5 il ərzində mobil elektron imza ilə 45 milyondan çox tranzaksiya həyata keçirilmişdir ki, bununla da yüz milyonlarla iş saatına qənaət edilmişdir

Şirkətlərin 70%-dən çoxu Asan İmza-dan istifadə etməklə onlayn qaydada qeydiyyatdan keçir

Bazardakı cihazların 95%-i Asan İmza üçün münasibdir

Azərbaycanda verilən hər bir rəqəmsal imzanın ən azı 1 Avroya qənaət etdiyi hesab edilir və mobil imzalar hər bir işləyən işçi üçün təxminən 5 günə qənaət edilməsinə səbəb olur

Dövlətin vahid əlaqə nöqtəsi olan e-gov.az-da 450-dən artıq e-xidmət təklif olunur

Xəbərlər